Bu gün Yerevanda Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs edilib.
Oxu24.com xəbər verir ki, daha öncə ona ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürülüb.
Bunu Ermənistanın Xüsusi İstintaq Xidməti bəyan etmişdi.
“2008-ci il martın 1-2-də baş verən hadisələrlə bağlı başlanan cinayət işi üzrə toplanan sübutlar əsasında 2018-ci il iyulun 26-da Ermənistanın sabiq prezidenti Robert Koçaryana digər şəxslərlə əvvəlcədən əlbir olaraq ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürülüb”, - məlumatda deyilirdi. Oxu24.com
ŞƏRHLƏR