Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36689
az

Rusiyalı akademik yeni koronavirus peyvəndinə inanmır

19:0701 Avqust, 2020
352
DÜNYA
  • A

Tanınmış rusiyalı virusoloq, akademik Vitaliy Zverev sentyabr-oktyabr aylarında Rusiyada tətbiq olunmağı planlaşdırılan yeni vaksini etibarsız hesab edir.

Onun fikrinə görə, preparat çox qısa müddət ərzində hazırlanıb və bu etibar yaratmır.

Saglamolun.az bildirir ki, bu haqda Zverev «Эхо Москвы» radiostansiyasının efirində danışıb. Alim qeyd edib ki, vaksinasiyanın sentyabrda (bəzi məlumatlara görə oktyabrda) başlanması çox risklidir.

Akademikin sözlərinə görə, effektli və təhlükəsiz vaksinin hazırlanması üçün 3-4 il tələb olunur və yeni vaksinin çox qısa müddət ərzində hazırlanması “çoxlu suallar doğurur”.

“Yeni infeksiyanın aşkar olunmasından yarım il sonra ona qarşı vaksin təklif edilirsə, bu məndə şübhələr yaradır. Mən bilmirəm – bu vaksin etibarlıdır yoxsa yox, bu müddət ərzində bunu anlamaq mümkün deyil”, - akademik Zverev bildirib.

Həmçinin alim qeyd edib ki, insanlar həyatı boyu çoxlu viruslarla qarşılaşır və indiki infeksiya ən təhlükəlisi deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı - VİDEO/YENİLƏNDİ