Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya və ABŞ liderlərinin danışığı konstruktiv və məzmunlu xarakter daşıyıb.
Telefon danışığı zamanı Rusiya və ABŞ-ın beynəlxalq sülhün və təhlükəsizliyi dəstəklənməsində xüsusi məsuliyyət daşıması nəzərə alınaraq strateji sabitlik və silahlanma üzərində nəzarət problemlərinə ətraflı baxılıb.
Bundan başqa, liderlər İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunublar. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
Oxu24.com
ŞƏRHLƏR