Krıma PUA hücumu olub, ölənlər var
17 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
773
23.07.2020, 11:56
Bolqarıstan Sionist Federasiyası Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı barədə bəyanat verib.
Oxu24.com-a Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, bəyanatda deyilir ki, Bolqarıstan Sionist Federasiyası Bolqarıstanda yəhudilər və təcavüzkarlığa və zülmə qarşı olan, demokratiya, insan hüquqları, xalqların suverenliyi, hər yerdən olan insanların ləyaqətini dəstəkləyən və tarixin xəbərdar etdiyi səhvləri təkrarlamamaqla keçmişdən öyrənən qeyri-yəhudilərin mövqelərini əks etdirir.
“Ermənistanın 12 iyul 2020-ci il tarixində Azərbaycan mövqelərinin ələ keçirilməsi məqsədilə Tovuz rayonunda törədilən və Azərbaycanın 12 hərbi qulluqçusu və 1 yaşlı mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın suveren ərazilərinə son zorakılıq aktı bizi çox narahat edir.
Biz, yəhudilər və İsrail dövlətinin tərəfdarı olan qeyri-yəhudilər, Azərbaycan xalqının müraciətini və acısını anlayırıq. Biz xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi paytaxtı olan Şuşanın müdafiəsi zamanı əsgər yoldaşlarını xilas edərkən vətəni uğrunda həlak olmuş Azərbaycan yəhudisi, tank komandiri Albert Aqarunovu xüsusilə xatırlayırıq.
Bu gün Albert Aqarunov ölümündən sonra ən yüksək hərbi adı – Azərbaycanın Milli Qəhrəmanı statusunu daşıyır.
Son günlər regionda şiddətli mübarizənin gərginləşməsi beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilməməsinin nəticəsidir.
Ermənistan beynəlxalq humanitar hüququ pozub və regionda sülh və sabitliyə sayğısızlıq nümayiş etdirib.
Ermənistanın Azərbaycanla sərhəd boyunca son təxribatlarından dərin narahatçılıq keçirərək, biz, Bolqarıstan Sionist Federasiyası bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik.
Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sonu ilə yanaşı, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində bütün əraziləri üzərində ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirik”, - deyə bəyanatda qeyd olunub.
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.