Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-dan Türkiyəyə qarşı şok qərar

ABŞ-dan Türkiyəyə qarşı şok qərar

DÜNYA

7463

22.07.2020, 17:11

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyəyə tətbiq olunan sanksiya layihəsini qəbul edib.

Oxu24.com  xəbər verir ki, palatanın respublikaçı senatoru Adam Kinzinqer və demokratçı senator Abiqail Spanberger tərəfindən təqdim olunan qanun layihəsi S-400 ticarəti səbəbilə Türkiyəyə sanksiya tətbiq etmək üçün Prezident Donald Tramp üzərində təzyiq yaradır.

Qanunda Türkiyənin Rusiyadan silah alışının ABŞ Konqresinin 2017-ci ildə qəbul etdiyi Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanuna (CAATSA) daxil olduğu ifadə edilir.

Layihənin qanuniləşməsi üçün Senatdan keçib Tramp tərəfindən imzalanması lazımdır.