Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36046
az

Serbiya səfirliyindən ermənilərə silah göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA

19:3821 İyul, 2020
836
DÜNYA
  • A

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi açıqlama yayıb.

Oxu24.com-un xəbərinə görə, Səfirlikdən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir.

"Məsələ ilə bağlı Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb. Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”, - deyə məlumatda vurğulanır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Ukraynaya yeni HƏRBİ YARDIM -Məbləğ açıqlandı
Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ