Putin bu ölkəyə gedir
16 May 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1043
19.07.2020, 22:06
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 17-də Minskdə keçirilən Avrasiya İttifaqı hökumətlərarası şurasının iclasında özünü biabır edib.
Publika.az xəbər verir ki, Rusiyanın “qazeta.ru” saytında Paşinyanın Minskə niyə gəldiyi və nə etməyə çalışdığına dair məqalə dərc olunub.
Sayt yazır: “Cümə günü, 17 iyulda Minskdə Avrasiya İttifaqı hökumətlərarası şurasının iclası keçirildi. Nikol Paşinyan Azərbycanla münaqişənin kəskinləşməsinə və ölkəsində koronavirusa görə vəziyyətin pisləşməsinə baxmayaraq, Belarusun paytaxtına gəldi. Paşinyan ölkəsindəki ağır vəziyyətə rəğmən, niyə Minskə uçdu? Əksər müşahidəçilər üçün Nikolun Minsk səfəri gözlənilməz oldu. Axı iyunun sonunda erməni baş nazir Moskvadakı Qələbə paradında iştirakdan məhz COVİD-19 pandemiyasını əsas gətirərək, imtina etmişdi. Həmin vaxtdan indiyə qədər Ermənistanda koronavirusla bağlı vəziyyət daha da ağırlaşıb. Karantin avqustun ortasına qədər uzadılıb. Bununla yanaşı, Azərbaycanla sərhəddə toqquşma Paşinyanın ali baş komandan kimi ölkəsində qalmasını daha vacib edir. Bu məntiqsiz addım o ehtimalla izah olunur ki, Paşinyan Rusiyada Azərbaycanla münasibətlərin daha da gərginləşməsi üçün Avrasiya İttifaqı hökumətlərarası şurasının iclasını fürsət olaraq görüb”.

Məqalədə qeyd olunur ki, ilk dəfə Dağlıq Qarabağdan yüz kilometrlərlə kənarda Ermənistan və Azərbaycan arasında uzun sürən toqquşmalar oldu.
“Prinsip etibarilə vəziyyət çox təhlükəli görünür, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi ümumi müdafiə hüququndan istifadə etməyə çalışır. Paşinyan isə Belarusun paytaxtında bayağı manevrlər edirdi. Erməni baş nazir bir tərəfdən Bakı ilə münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyindən danışırdı, digər tərəfdən ikitərəfli görüşlər çərçivəsində hər kəsə toqquşmalar haqqında İrəvanın irəli sürdüyü “həqiqət”dən bəhs edirdi”, - sayt yazır.
Məqalədə Paşinyanın anti-Rusiya addımlarına diqqət çəkilir. Bildirilir ki, Paşinyanın 24 iyunda Moskvada keçirilən Qələbə paradında iştirakdan kobud formada imtinası Ermənistanın Rusiya üçün prioritet olan Avrasiyaya inteqrasiyası məsələsindən qaçdığını əyani şəkildə göstərdi: “İndi erməni baş nazir yeni “hədiyyə” kimi Moskvanı Azərbaycanla münaqişəyə çəkmək istəyir. Paşinyan KTMT-nin Ermənistanı müdafiə etmək öhdəliyi ilə primitiv formada oynayır, baxmayaraq ki, özü müxalifətçi olanda KTMT-yə çox sərin münasibət bəsləyirdi. Hakimiyyətə gələndən sonra baş katib Yuri Xaçaturovu həbs etdi, sonra da yeni baş katib təyinatını tormozladı”.
Sayt Paşinyanın hakimiyyəti dövründə Ermənistanda Rusiyaya qarşı atılan addımları sadalayır və qeyd edir ki, Moskvada bunu biruzə verməsələr də, unutmayıblar.
“Buna görə də Ermənistanın baş naziri Moskvanın yüz faiz dəstəyinə bel bağlamağa ümid etməsin”, - sayt vurğulayır.

14:15 / 16 May 2026
8
13:55 / 16 May 2026
35
13:33 / 16 May 2026
49
13:29 / 16 May 2026
132
13:25 / 16 May 2026
50
13:15 / 16 May 2026
49
12:55 / 16 May 2026
65
12:54 / 16 May 2026
201
12:39 / 16 May 2026
221
12:36 / 16 May 2026
66
12:29 / 16 May 2026
64
12:27 / 16 May 2026
63
12:15 / 16 May 2026
61
12:11 / 16 May 2026
187
12:00 / 16 May 2026
70
11:57 / 16 May 2026
65
11:42 / 16 May 2026
71
11:40 / 16 May 2026
66
11:38 / 16 May 2026
422
00:49 / 16 May 2026
321
00:37 / 16 May 2026
306
00:00 / 16 May 2026
339
23:36 / 15 May 2026
330
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.