Rusiya onları Ukraynaya təhvil verdi
16 May 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
591
18.07.2020, 17:57
“Ehtimal olunur ki, 35 milyon iranlı koronavirusa yoluxma riski ilə üzləşsin”.
Oxu24.com -un məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün koronavirusla mübarizə üzrə milli qərargahın iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin yeni hesablamalarına görə indiyədək 25 milyon İran vətəndaşı koronavirusa yoluxub və daha 35 milyon iranlının virusa yoluxma riski var.
İran Prezidentinin sözlərinə görə, koronavirusa yoluxan hər 1 000 nəfərdən 500-də xəstəliyin əlamətləri müşahidə olunmur: “Hazırda bu virusla mübarizənin ən sadə, təsiredici və xərcsiz yolu tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq və toplaşmalardan çəkinməkdir”.
H. Ruhani qeyd edib ki, hazırda İran koronavirusla mübarizəyə qarşı 5 dərman vasitəsi istehsal edib və daha bir dərman yaxın həftələr ərzində bazara buraxılacaq, eyni zamanda, peyvəndlə də bağlı işlər görülür.
“Virusa yoluxanlar bunu gizlətməsinlər və tibb müəssisələrinə müraciət etsinlər. Virusla mübarizədə milli dözümlülüyü artırmalıyıq. Virusun kökünü kəsmək üçün əl-ələ verib mübarizə aparmaqdan başqa çarəmiz yoxdur”, - deyə İran Prezidenti vurğulayıb.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə indiyə kimi COVID-19-a yoluxanların ümumi sayının 269 440 nəfər olduğunu açıqlayıb. İranda koronavirusdan ölənlərin sayı 13 791 nəfərdir.
00:49 / 16 May 2026
242
00:37 / 16 May 2026
258
00:00 / 16 May 2026
274
23:36 / 15 May 2026
233
23:31 / 15 May 2026
110
23:27 / 15 May 2026
98
23:25 / 15 May 2026
99
23:22 / 15 May 2026
111
23:20 / 15 May 2026
278
23:19 / 15 May 2026
260
23:19 / 15 May 2026
294
23:15 / 15 May 2026
228
23:09 / 15 May 2026
114
23:08 / 15 May 2026
106
23:04 / 15 May 2026
102
22:50 / 15 May 2026
103
22:44 / 15 May 2026
314
22:33 / 15 May 2026
277
22:24 / 15 May 2026
357
22:01 / 15 May 2026
581
21:31 / 15 May 2026
140
21:21 / 15 May 2026
213
21:10 / 15 May 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.