Rusiya onları Ukraynaya təhvil verdi
16 May 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1155
16.07.2020, 12:27
Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında bir qrup azərbaycanlı gənc səssiz etiraz aksiyası keçirir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyada Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlər həyata keçirdiyi hücum cəhdləri və təxribatlarına etiraz bildirilir.
İngilis dilində “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!” və "Dağlıq Qarabağın işğalına son!" yazılan köynəklər geyinən gənclər səfirliyin binası qarşısında 1 saat ərzində səssiz dayanıblar. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxsləri və yaşayış evlərini hədəfə almasına etiraz, şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan aksiyaçıların üzündə "Stop COVID-19" və "Stop Armenia" yazılı maskalar da olub.
Aksiyanın təşəbbüsçüsü Adnan Hüseyn aksiyanın məqsədindən danışıb: "Beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb edirik. Qəhrəmancasına həlak olmuş hərbçilərimizin qanını yerdə qoymayacağiq. Biz ön cəbhədə vuruşan əsgərlərimizin yanındayıq".
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.