Hantavirusu evdə belə yoxlamaq olar
15 May 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
540
14.07.2020, 21:28
İtaliyanın sabiq Xarici İşlər naziri, “Marco Pannella” Hüququn Aliliyi Qlobal Komitəsinin prezidenti Culio Terzi və həmin komitənin katibi Matteo Anciolinin Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarına dair birgə yazısı İtaliyanın “L’Opinione” qəzetində dərc olunub.
Oxu24.com Axar.az-a istinadla xəbər verir ki, “Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurmalar: rasionallıq və beynəlxalq hüquqa çağırış” başlıqlı yazıda qeyd olunur ki, döyüşlər Azərbaycan Prezidenti İlham Əliyevin üç onillikdir ki, davam edən münaqişənin sonlandırılması məqsədilə Ermənistanla aparılan danışıqlar prosesinin Ermənistan tərəfinin destruktivliyi səbəbindən dalana dirənməsi faktını pisləməsindən bir neçə gün sonra başlayıb. Ermənistan tərəfi, əslində, status-kvonun, yəni Dağlıq Qarabağ regionunu Ermənistan silahlı qüvvələrinin nəzarəti altında saxlamağa davam etməsinin birtərəfli qaydada qorunub saxlanılmasında maraqlı görünür.
“Biz qəti şəkildə ümid edirik ki, bu ciddi insidentlər dərhal dayandırılacaq və Ermənistan Azərbaycanla danışıqları bərpa edəcək. Beynəlxalq sənədlər və BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri, xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin tətbiqini nəzərdə tutan 1993-cü il tarixli qətnamələr əsas təşkil etməlidir”, - deyə müəlliflər bildirirlər.
Yazıda, habelə silahlı qarşıdurmaların baş verdiyi Tovuz rayonu ərazisindən İtaliyaya da neft nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Cənub Qaz Dəhlizinin başlanğıcını təşkil etməsi baxımından maraq doğuran Cənubi Qafqaz Boru Kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi xüsusilə vurğulanır.
22:24 / 15 May 2026
1
22:01 / 15 May 2026
31
21:31 / 15 May 2026
60
21:21 / 15 May 2026
122
21:10 / 15 May 2026
63
20:59 / 15 May 2026
65
20:55 / 15 May 2026
61
20:22 / 15 May 2026
86
20:06 / 15 May 2026
80
19:57 / 15 May 2026
188
19:47 / 15 May 2026
203
19:38 / 15 May 2026
83
19:17 / 15 May 2026
163
19:09 / 15 May 2026
119
19:01 / 15 May 2026
81
18:50 / 15 May 2026
92
18:40 / 15 May 2026
102
18:28 / 15 May 2026
123
18:07 / 15 May 2026
95
18:00 / 15 May 2026
106
17:47 / 15 May 2026
235
17:12 / 15 May 2026
83
17:00 / 15 May 2026
274
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.