Hantavirusu evdə belə yoxlamaq olar
15 May 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1973
14.07.2020, 21:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında Azərbaycana dəstəyini bildirib.
Oxu24.com xəbər verir ki, bunu ölkə prezidenti Nazirlər Kabinetinin iclasından sonra deyib:
“Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirəm”.
“Bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahatıq. Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Bu hücum Ermənistanın çapını aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır.
Türkiyə Azərbaycana edilən hücumlara qarşı duracaq. Bütün münasibətlərimizi bu məsələdə səfərbər etmək boynumuzun borcudur. Öz torpağındakı siyasi, iqtisadi, koronavirusdan qaynaqlanan problemləri həll edə bilməyən bir ölkənin belə bir aqressiyası öz xalqına hörmətsizlikdir”.
22:24 / 15 May 2026
11
22:01 / 15 May 2026
34
21:31 / 15 May 2026
62
21:21 / 15 May 2026
125
21:10 / 15 May 2026
63
20:59 / 15 May 2026
65
20:55 / 15 May 2026
61
20:22 / 15 May 2026
86
20:06 / 15 May 2026
81
19:57 / 15 May 2026
188
19:47 / 15 May 2026
203
19:38 / 15 May 2026
83
19:17 / 15 May 2026
163
19:09 / 15 May 2026
119
19:01 / 15 May 2026
81
18:50 / 15 May 2026
92
18:40 / 15 May 2026
102
18:28 / 15 May 2026
123
18:07 / 15 May 2026
95
18:00 / 15 May 2026
106
17:47 / 15 May 2026
235
17:12 / 15 May 2026
83
17:00 / 15 May 2026
275
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.