Tramp İrana sərt xəbərdarlıq edib
17 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1009
14.07.2020, 20:43
Azərbaycanın Tovuz rayonunun yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində bu gün 76 yaşlı dinc sakinin həlak olması faktını etiraf edən düşmən, indi də şərəfsizcəsinə özünə bəraət qazandırmağa çalışır.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan rəsmilərinin iddialarına görə, Azərbaycan ordusunun artilleriya bölmələri Dondar Quşçu kəndindən “meşin” kimi istifadə edir. Düşmən ölkənin təmsilçiləri digər alçaq iddialar da səsləndirirlər. Onlar Tavuş vilayətinin kəndlərinin Azərbaycan ordusu tərəfindən artilleriya və minaatanlardan atəşə tutulduğunu iddia edirlər.
Bu arada Azərbaycan ordusunun nümayiş etdirdiyi qətiyyəti nəzərə alan işğalçı ölkə atəş nöqtəsindəki əhalini köçürməyə hazılaşır. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Tsolakyan bu gün xilasedici xidmətlərin şəxsi heyəti və ərazi bölmələrinin rəhbərləri ilə müşavirə keçirib. Bildirilib ki, son üç gün ərzində Ermənistanın həmsərhəd kəndləri “Azərbaycanın tərəfdən atəşə tutulur”. Buna görə də nazir Ermənistan hakimiyyətinin əhalinin etibarlı müdafiəsi üçün bir neçə variant üzərində işlədiyini qeyd edib. Feliksyanın sözlərinə görə, FHN zəruri hallarda sərhədyanı bölgənin əhalisinin evakuasiyasını həyata keçirməyə hazdırdır.
Müşavirədə Tavuş vilayətinin xilasetmə idarəsinin rəhbəri V.Pirumyan Azərbaycanla sərhəddəki vəziyyət və əhalinin müdafiə tədbirləri barədə məruzə edib. FHN rəhbəri bütün addımları yerli hərbi komandanlıqla əlaqələndirməyi tapşırıb.
Məlumata görə, hazırda bölgədəki kəndlərə qazın verilişi dayandırılıb. Bütün bunlar Ermənistan hakimiyyətinin çıxılmaz halda olduğunu göstərir. Eyni zamanda istisna deyil ki, məkrli düşmən digər təxribatçı addımlar da planlaşdırır. Bununla da Azərbaycanı mülki əhalini hədəfə almaqda günahlandırmaq, beynəlxalq aləmə növbəti dəfə şikayət etmək istəyir.
16:34 / 17 Noyabr 2026
1
16:29 / 17 Noyabr 2026
28
16:21 / 17 Noyabr 2026
44
16:12 / 17 Noyabr 2026
55
15:57 / 17 Noyabr 2026
68
15:43 / 17 Noyabr 2026
75
15:12 / 17 Noyabr 2026
96
15:07 / 17 Noyabr 2026
83
14:52 / 17 Noyabr 2026
87
14:35 / 17 Noyabr 2026
94
14:15 / 17 Noyabr 2026
89
14:02 / 17 Noyabr 2026
99
13:57 / 17 Noyabr 2026
112
13:45 / 17 Noyabr 2026
113
13:24 / 17 Noyabr 2026
125
13:22 / 17 Noyabr 2026
154
12:58 / 17 Noyabr 2026
154
12:55 / 17 Noyabr 2026
155
12:43 / 17 Noyabr 2026
153
12:25 / 17 Noyabr 2026
146
12:05 / 17 Noyabr 2026
803
11:58 / 17 Noyabr 2026
135
11:56 / 17 Noyabr 2026
409
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.