Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna səfiri Ermənistan XİN-nə dəvət edilib

Ukrayna səfiri Ermənistan XİN-nə dəvət edilib

DÜNYA

615

14.07.2020, 18:34

Bu gün Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işlədiyi ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında bildirilir:

“Ukrayna səfirini qəbul edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan ona Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan – Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatına dair Ermənistan XİN-in mövqeyini təqdim edib”.

Xatırladaq ki, iyulun 13-də Ukrayna Xarici İşlər Nazirliyi bu məsələnin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əsaslanan siyasi həllinə tərəfdar olduqlarını bildirib.