Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Koronavirusla bağlı dəhşətli rəqəm açıqlandı

SON DƏQİQƏ! Koronavirusla bağlı dəhşətli rəqəm açıqlandı

DÜNYA

819

14.07.2020, 02:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların 13 milyonu ötüb.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının sayı 13 006 764 nəfərə çatıb. Qeyd edilir ki, pandemiya ərzində COVID-19-dan ümumilikdə 570 776 insan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 7 163 038 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.