Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35346
az

Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib

20:2913 İyul, 2020
696
  • A

Nikol Pashinyanın həyat yoldaşı, Anna Akopyan öz rəsmi insatagram hesabında ingilis, rus və erməni dilində Azərbaycan qadınları və analarına öz Instagram səhifəsi vasitəsilə müraciət edərək hərbi əməliyyatları dayandırmağa çalışıb.  

"Dünəndən bəri Erməni-Azərbaycan sərhədində vəziyyət gərginləşb. Rəsmi məlumata görə, Azərbaycan tərəfdən bir neçə saat ərzində dörd əsgər həlak olub. "Qadınlar sülh uğrunda" təşkilatının  müəllifi kimi Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi -siyasi hakimiyyətinə müraciət edərək hərbi  hərəkətləri dayandırmağa, Erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa  çağırmalarına çağırıram., - deyə Akopyan bildirib. 
 
O, qeyd edib ki, xüsusilə  bütün dünyanı diz üstünə qoymuş pandemiya  günlərində,  bütün dövlətlərin  rəhbərləri öz gücünü xalqlarının sağlamlığının müdafiəsinə yönəltməlidir. 
 
"BMT baş katibinin Ümumdünya barışıq elan etmək barədə çağırışına riayət etmək dövlət başçılarının öz ölkə və xalqları üçün edə biləcəyi ən yaxşı çağırışdır",  -  deyə Ermənistanın birinci xanımı əlavə edib. 
 
Amma bu zaman xanım Akopyan atəşkəsin birinci erməni silahlı qüvvələri tərəfindən  pozulduğunu qeyd etməyi təəssüf ki, unudub.
 
BMT rəhbərinin çağırışlarını bayraq eləməyə çağıran birinci ledi, BMT-nin Dağlıq Qarabağın Azərbaycanın  tərkib hissəsi hesab edilməsi və Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə  qətnamələrini də xatırlatmağı məqsədəuyğun saymayıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı