Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğanın bu açıqlaması müsəlman aləmində əks-səda YARADACAQ

Ərdoğanın bu açıqlaması müsəlman aləmində əks-səda YARADACAQ

DÜNYA

720

11.07.2020, 12:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya ilə bağlı tarixi qərarı açıqlayarkən söylədiyi cümlələr dünya mediasında əks-səda yaradıb.

Oxu24.com  xəbər verir ki, Türkiyə lideri çıxışında əvvəlcə “Bu gün Ayasofya dəfələrlə şahidi olduğu yenidən dirilmələrindən birini yaşayır” deyib.

Ardınca “Ayasofyanın dirilməsi Əqsa məscidinin (Qüds) azadlığa qovuşmasının müjdəçisidir. Müsəlmanların durğunluq dövründən çıxış iradəsinin ayaq səsidir”, - deyə Ərdoğan bildirib.

Ərdoğanın bu tarixi qərarla dünya müsəlmanlarına məxsusi mesaj yolladığı deyilir.