Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33867
az

ÜST-dən xəbərdarlıq: \"Səhiyyə sistemləri uçuruma yuvarlanacaq...\"

00:2126 İyun, 2020
682
  • A

"Bir neçə ay ərzində Avropada ilk dəfə olaraq son yeddi gündə yeni koronavirus infeksiyası hallarının artması qeydə alınıb".

Oxu24.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klyuq məlumat verib.

Onun sözlərinə görə, son iki həftə ərzində Avropanın 30 ölkəsində COVID-19-la bağlı məyusedici dinamika müşahidə edilib: "Ölkələrin 11-də virusun sürətlə yayılması epidemiyanın yenidən başlamasına səbəb ola bilər. Əgər prosesi dayandırmasaq, Avropa ölkələrinin səhiyyə sistemləri uçuruma yuvarlanacaq".

"Dövlətlər əvvəl tətbiq etdikləri məhdudiyyətləri aradan qaldırdıqları üçün xəstəliyin yenidən yayılması riski var. Bəzi Avropa ölkələrində bu risk artıq reallığa çevrilib", - deyə Klyuq bildirib.

O qeyd edib ki, Polşa, Almaniya, İspaniya və İsraildə hakimiyyət orqanları xəstəliyin yeni hallarının sayının artmasına tez reaksiya verirlər: "Avropalılar sosial məsafənin saxlanılması və maskaların daşınması kimi tədbirlərin həyata keçirilməsinə məsuliyyətlə yanaşırlar".

Bildirək ki, ÜST mart ayında koronavirus infeksiyasının pandemiya olduğunu elan etdi.

Dünyada bu virusa 9,3 milyon insan yoluxub, 479 mindən çox insan ölüb.
Avropada koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 2,6 milyona çatıb, 195 mindən çox insan həyatını itirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı