Koronavirusa yoluxanların sayı 5 milyona yaxınlaşsa da, hələ də bu xəstəliyə inanmayanlar, bunun oyun olduğunu iddia edənlər, məsələyə ciddi yanaşmayanlar var.
Oxu24.com The Sun-a istinadla bildirir ki, koronavirusa inanmayan şəxslərdən biri də ABŞ-ın Florida ştatında yaşayan Brian Hitchens idi. O, aprel ayında koronavirusun mövcud olmadığını iddia etsə də, hazırda xəstəxanada ölümlə mübarizə aparır.
WPTV-yə açıqlamasında "Düşünürəm ki, bu virus real deyil və hökümət bizim hüquqlarımızı məhdudlaşdırmaqla nələrsə həyata keçirməyə çalışır", - söyləyən Brian və həyat yoldaşı ötən həftə koronavirusa yoluxub. O, hazırda Palm Beach Gardens Medical Center-də müalicə alır.
Xanımı ilə birlikdə xəstəxanaya yatırılan Brian burada fikrini dəyişib. O, virusun təhlükəli olduğunu, xanımının hazırda mexaniki ventilyator qurğusu vasitəsi ilə güclə nəfəs aldığını söyləyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, ABŞ-da milyon yarımdan çox insan koronavirusa yoluxub. Onlardan 90 min nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ölənlərin 2000-dən çoxu Florida ştatının payına düşür.
Oxu24.com
ŞƏRHLƏR