Amerika Qida və Dərman Administrasiyasının (FDA) dərman firması "Gilead Sciences” şirkətinə aid olan "Remdesivir” pereparatının üçüncü mərhələ test nəticələrinin müsbət olduğunu və dərmanı təsdiqləməyi planlaşdırdığını açıqlayıb.
Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, "The New York Times” xəbər verir ki, FDA-nın idarə heyətindən verilən açıqlamaya görə, COVID-19 xəstələrini müalicə etmək üçün sınanılan "Remdesivir” antiviral pereparatı üçün istifadə icazəsinin verilməsi planlaşdırılır. Bununla birlikdə ABŞ-ın dərman firması "Gilead Sciences” koronavirus xəstələrinin müalicəsində "Remdevisir”in istifadəsinə dair müsbət nəticələr əldə etdiyini bildirib.
Bu açıqlamadan sonra "Gilead Sciences” şirkətinin səhmləri birjada 9 faiz dəyər qazanıb. Xəbər, eyni zamanda ABŞ birjalarında ümumi yüksəlişə səbəb olub.
Qeyd edək ki, "Remdesivir” koronavirusun müalicəsində hələ ki, sınaq məqsədilə istifadə olunan dərmanlardan biridir.
Oxu24.com
ŞƏRHLƏR