Rusiya bu sayda Ukrayna PUA-sı vurdu
26 Oktyabr 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
575
13.03.2020, 10:28
“Facebook” və “Twitter” Rusiyanın ABŞ istifadəçilərinə təsir etmək cəhdi ilə əlaqədar 200-dən artıq hesabı silib.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, hesablar Qana və Nigeriyada idarə olunurmuş.
Məlumata görə, “Facebook” öz şəbəkəsində 49 profil, “Instagram”da isə 85 qapalı və 69 açıq profili silib. Şirkət bu hesabları Rusiyanın İnternet Araşdırma Agentliyi ilə əlaqələndirir.
“Bu hesablar mütəmadi olaraq ABŞ ilə bağlı xəbərlər paylaşır və qeyd edilən mövzular vasitəsilə öz auditoriyalarını genişləndirməyə çalışıblar. ABŞ-ın qaradərili əhalisinin tarixi, onların nümayəndələri, moda, məşhurlar haqqında şayiələr, tanınmış amerikalılar barədə xəbərlər və olaylar, həmçinin LGBTQ icmasının problemləri”, - “Facebook” sosial şəbəkəsinin açıqlamasında bildirilib.
Qeyd edilir ki, hesabların aktivliyi ABŞ-dakı seçkilərə yönəldilməmişdi: “Onlar heç bir prezidentliyə namizədi irəli çəkmir və ya qaralamırdı”.
Həmçinin “Twitter”də 71 hesabı sildiyini elan edib.
“Bu hesablar irq və vətəndaş hüququ kimi ictimai məsələlərin müzakirəsində iştirak edərək orada ədavət tumları səpirdilər”, - şəbəkədən bildirilib.
Qeyd edək ki, Rusiyanın “troll fabriki” sayılan İnternet Araşdırma Agentliyi istər daxili, istər xarici siyasət məsələlərində sosial şəbəkələrdə saxta profil, səhifə və ya sayt vasitəsilə ictimai rəyin formalaşmasında, həmçinin ölkə müxalifətinin gözdən salınmasına xidmət edir.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.