Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26044
az

Koronavirus daha bir məşhur iranlı siyasətçini öldürdü

11:1909 Mart, 2020
461
DÜNYA
  • A

İranda tüğyan edən koronavirus epidemiyası siyasi elitanın daha bir üzvünün həyatına son qoyub.

 

Virtualaz.org İran KİV-lərinə istinadən xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərifin keçmiş müşaviri Hüseyn Şeyx əl-İslam koronavirus nəticəsində yaranan pnevmaniyadan ölüb. O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin fəal iştirakçılarından biri idi və ötən ilə qədər xarici işlər nazirinin müşaviri olmuşdu. Hüseyn Şeyx əl-İslamın martın 7-də öldüyü bildirilir.

 

Həmin gün İran parlamentinin yeni seçilmiş deputatı Fatimə Rəhbər də virusdan ölüb. Bu, İran parlamentinə fevralda keçirilmiş seçkilərdə seçilmiş və həyatını virusa yoluxaraq itirmiş ikinci deputatdır. Martın 6-da isə virusdan İranın Suriyadakı keçmiş səfiri Hüseyn Şeyxülislam və ölkənin hüquq sisteminin rəhbərinin müavini Əli Xələfi ölüb. Habelə İnqilab Keşikçiləri Korpusunun “Bəsic” bölmələrinin yüksək rütbəli zabiti Məhəmməd Həc Abdulqasımi, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, məqsədəuyğunluq Şurasının üzvü və ayətullah Xameneyinin müşaviri Səid Məhmməd Mirməhəmmədi də koronavirusdan ölmüşdülər.

 

Virus İran elitası arasında da sürətlə yayılır və ölkənin bütün əyalətlərini bürüyüb. Rəsmi rəqəmlərə görə İranda ölənlərin sayı dünənə qədər 145, yoluxanların sayı 6 minə yaxın idi.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyəli aktrisa vəfat etdi
Finlandiya prezidenti ölkədəki Rusiya əmlakına həbs qoyulmasını qanuni hesab edib
Lukaşenko ABŞ-a Avrasiyadan nüvə silahlarını çıxarmağı təklif edib

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı