Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25786
az

Dünyanın gözü ORA DİKİLDİ: sülh, yoxsa müharibə? - Saatlar sonra QƏRAR VERİLƏCƏK

11:3305 Mart, 2020
418
DÜNYA
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskvada bir araya gələcək.

Publika.az xəbər verir ki, dünyanın yaxından izləyəcəyi zirvədə Suriyanın İdlib şəhərindəki münaqişənin həlli müzakirə olunacaq.

Ərdoğan Türkiyənin İdlib məsələsindəki tələb, gözlənti və həssaslığını rusiyalı həmkarının diqqətinə çatdıracaq.

Türkiyənin tələbləri

Kritik mövzuların gündəm olduğu zirvədə rəsmi Ankaranın prioritet tələbi meydanda daimi atəşkəsin təmin olunması, Dəməşq rejiminin hücumlarını sonlandırması və rejim qüvvələrinin Soçi memorandumunun müəyyən etdiyi sərhədlərin arxasına çəkilməsi ilə türk ordusunun müşahidə məntəqələrini mühasirədən çıxarmasıdır. Ərdoğanın Türkiyənin gözünün Suriyanın torpaqlarında və ya təbii sərvətlərində olmadığını bir daha vurğulayacağı görüşdə İdlibdə qurulması planlaşdırılan münaqişəsiz bölgənin gündəmə gəlməsi gözlənilir. Ankara Türkiyənin sərhədindən İdlibə doğru 30-35 km uzunluqda münaqişəsiz bölgə qurulmasını və qaçqınları bu bölgəyə yerləşdirməyi planlaşdırır. Hazırda, 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə İdlibdən qaynaqlanan yeni köç dalğasının qarşısını almaq üçün bu addımı atmaq məcburiyyətindədir.

Moskva nə istəyir?

Rəsmi Moskvanın zirvəyə hansı təkliflərlə gələcəyi və necə davranış sərgiləyəcəyi hələ ki qeyri-müəyyəndir. Rusiyanın bir nömrəli gündəm maddəsinin M4 və M5 magistral yollarının nəzarətini təmin etmək olduğu bildirilir. Suriyanın ən əhəmiyyətli 2 nəqliyyat xətti arasındakı əlaqəni təmin etməyi məqsəd qoyan Rusiya bu yolları açaraq ölkənin iki böyük şəhəri olan Hələb və Dəməşqi bir-birinə bağlamaq istəyir.

Astana memorandumu çərçivəsində İdlib və ətrafındakı türk müşahidə məntəqələrinin Türkiyə sərhədlərinə yaxın nöqtələrə çəkilməsi, münaqişəsiz bölgənin 6-10 km civarında olması və İdlibin nəzarətinin Bəşər Əsəd rejiminə verilməsi Moskvanın gözləntiləri arasındadır.

Zirvə çərçivəsində iki ölkə arasındakı iqtisadi münasibətlər və nüvə stansiyası layihəsi ilə S-400 zenit raket komplekslərini aktivləşdirmə tarixi kimi mövzu başlıqlarının da gündəmə gəlməsi gözlənilir.

Rəcəb Tayyib Ərdoğan zirvədən gözləntisinin sürətli şəkildə atəşkəsi təmin etmək olduğunu bildirib. Kremldən verilən açıqlamada da liderlərin razılığa gəlməsi və ortaq tədbirlər həyata keçirilməsi mövzusunda əl sıxmasının gözləndiyi ifadə edilib.

Qeyd edək ki, Ərdoğanın ən çox görüşdüyü liderlər arasında Rusiya lideri Vladimir Putin ilk sırada yer alıb. “Təyyarə böhranı”ndan bu yana iki lider 26 dəfə üz-üzə, 48 dəfə telefonda danışıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi