Türkiyənin Adana şəhərində zehni qüsurlu iki bacıya bəysiz toy ediblər.
“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, hadisə Yüregir rayonunun Selahattin Eyyubi məhəlləsində baş verib.
Sümeyye və Kadriye adlı iki bacı anadangəlmə zehni qüsurlu olublar. Məhəllə muxtarının təşəbbüsü ilə onların evlənmə xəyalları gerçəkləşib.
“Bu toya vəsilə olmaqla həm əqli qüsurlu vətəndaşlarımızın xoşbəxtliyinə, həm də məhəllədə yaşayan insanların bir yerə toplaşmasına səbəb olduq” – deyə muxtar bildirib.
Toya dəvət olunanlar arasında rəsmi şəxslər də olub.
Oxu24.com
ŞƏRHLƏR