Pakistanın şimalında yerləşən Mərdan şəhərində yaşayan 444 kiloqramlıq Ərbab Xizer Həyat ölkəsində "Hulk" adı ilə tanınır.
Oxu24.com haberler-ə istinadla xəbər verir ki, boyunun uzunluğu 1 metr 97 santimetr olan Ərbabın hazırda 27 yaşı var.
Ailə qurmağa hazırlaşan Ərbab mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, bu vaxta qədər ona ərə gəlmək istəyən 300 qadına "yox" deyib.
"Ailə quracağım qadın ən azı 100 kiloqram olmalıdı ki, yan-yanaykən yaxşı görünək. Boyu da 1 metr 92 santimetrdən uzun olsun", - Ərbab bildirib.
Qeyd edək ki, Ərbab hər səhər 36 yumurtadan hazırlanmış qayğanaq və 3 kq ətdən hazırlanmış xörək yeyir, 2 kq balı "desert" kimi həzm edir, 11 litr süd içir.
Oxu24.com
ŞƏRHLƏR