Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22200
az

Regionda gərginlik son həddə çatdı: Çin "oyuna" girdi

15:4507 Yanvar, 2020
519
DÜNYA
  • A

ABŞ ilə İran arasında gərginlik davam edir.

 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, İran ordusu döyüş vəziyyətinə gətirilib, bundan əlavə nüvə başlıqlı raketlərin də hazır vəziyyətdə olduğu bildirilir.

 

ABŞ-ın məxfi yüksək çinli mənbələri də xəbəri təsdiqləyir.

 

“Görünən odur ki, yüksək hazırlıq vəziyyətindədirlər. Bunun döyüş hazırlığı, yoxsa müdafiə xarakteri daşıdığı məlum deyil” - deyə, mənbə qeyd edir.

 

ABŞ öz növbəsində prosesi diqqətlə izləyir. Dövlət katibi Mayk Pompeo bildirib ki, Tehrandan gələ biləcək istənilən reaksiyaya hazırdırlar:  “Biz mümkün cavaba hazırlaşırıq. 

Kibertəhlükəsizlik sistemlərimizi qorumaq və saxlamaq üçün addımlar atırıq. Bölgədəki diplomatlar onlara hücum olunacağı təqdirdə müdafiə olunmaq üçün tədbirlə görür”. 

 

Bu arada Çin ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb.

 

Adı çəkilən ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb: "ABŞ-ı və müvafiq tərəfləri güc tətbiq etməməyə, eskalasiyanın daha da artmaması və toqquşmanın intensivləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırırıq. Dialoq və məsləhətləşmələrin aparılması istiqamətində tədbirlər görmək vacibdir. Yaxın Şərq və Körfəz regionunda sülh və sabitliyin qorunması bütün dünya üçün vacibdir. Çin beynəlxalq münasibətlərdə hərbi gücün tətbiqinə qarşıdır". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Leysan  nəqliyyatın hərəkətini iflic etdi
Stiven Siqal Bakıya gəldi - VİDEO
Yoxa çıxan milyarderin meyiti tapıldı

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü