Qaynar xətt:

(+99450) 247 90 86

Putinin hamıdan gizlədilən çantasında görün nə var: Məxfi düymə nə üçündür? + ŞOK VİDEO

2019/12/10/1575928267_3653524388046d1c8532dc4b9c0e7f05.jpg

DÜNYA

3044

10.12.2019, 01:39

Rusiya prezidenti Vladimir Putinin nüvə silahının işə salınmasına dair düymənin yerləşdiyi çantası ilk dəfə televiziyada görüntülənib.

 

Oxu24.com   İxlas  xəbər agentliyinə istinadən verir ki, "Zvezda” telekanalında yayımlanan reportajda hərbi mütəxəssis Aleksey Eqorov çantanın fotolarını yayımlayıb.

 

 

 

Reportajda çantanın xüsusiyyətləri nəzərdən keçirilib. Bildirilib ki, çantadakı düymələr vasitəsiylə mümkün müharibə zamanı komandanlara həlledici təlimatları vermək mümkündür.

 

 

Xüsusiylə, nüvə başlıqlarının yerləşdiyi ballistik raketlərin atəş əmrini bu çanta vasitəsiylə vermək mümkündür. Məlumata görə, çantada iki əsas düymə var. Ağ düymənin basılması zamanı bütün strateji kodlar raket mərkəzlərinə göndərilir.

 

Qeyd edək ki, Rusiya prezidenti bütün xarici və uzaq şərq bölgələrinə səfərləri zamanı həmin çantanı özüylə götürür.