Qaynar xətt:

(+99450) 247 90 86

Plastik qablaşdırma əvəzinə banan yarpağı

2019-11/1574017306_banan-yarpagi1.jpg

DÜNYA

761

17.11.2019, 23:01

\"\" Tailandda yerləşən “Rimping” supermarketinin başladığı fleşmob ekologiyanın mühafizəsinə diqqət çəkmək məqsədlidir.
“Perfect Homes Chiangmai” adlı sosial media vasitəsinin məlumatına görə, bu supermarket plastik qablaşdırmalardan imtina edərək, banan yarpaqlarından istifadəyə başlayıb. Bu təşəbbüs nəinki alıcılar, ümumilikdə bütün ticarət sektoru tərəfindən alqışlanıb. Hazırda təkcə Tailandın deyil, həmçinin Vyetnamın bir çox firmaları bu üsuldan istifadə etməyə başlayıb.
Alıcılar da banan yarpağına bükülü olan ərzaqları daha həvəslə aldıqlarını söyləyirlər.