Qaynar xətt:

(+99450) 247 90 86

Dilənçinin sərvəti hamını şoka saldı

2019-11/1573066034_1573060007_1573059415.1572967305854_0aljv2io.jpeg

DÜNYA

1363

06.11.2019, 22:48

\"\" Türkiyənin Qəhrəmanmaraş vilayətində polis əməkdaşlarının əməliyyatı keçirərək tutduqları 32 yaşlı dilənçi qadının vardatı hər kəsi şoka salıb. Onun daşınmaz əmlak zəngini olduğu üzə çıxıb.
Şəhərin İsmətpaşa məhəlləsində vətəndaşlardan pul alan 65%-lik görmə qüsuru olan Hülya Kök polis tərəfindən saxlanılıb. Üzərində külli miqdarda pul çıxan qadınla bağlı araşdırma aparılarkən, onun adına Osmaniyyədə bir ev, Nurdağı qəsəbəsində 2 ev və həmçinin 2 avtomobil olduğu məlum olub. İnzibati qaydada 153 lirə (təxminən 45 manat) cərimə olunan Hülya Kök öz rayonuna göndərilmək üçün polis tərəfindən avtovağzala aparılıb.