Qaynar xətt:

(+99450) 247 90 86

Bağdadinin meyiti dənizə atılır

2019-10/1572248673_815db6950b904e9.jpg

DÜNYA

953

28.10.2019, 11:43

  İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin öldürülməsinin yeni təfərrüatı məlum olub.
Bununla bağlı “Reuters” məlumat yayıb. Məlumatlara əsasən, Bağdadinin onun köməkçilərindən biri ələ verib.
İsmael əl-Etavi 2008-ci ildə amerikalılar tərəfindən  tutulub və dörd il həbsxanada yatıb. Əl-Bağdadinin dəqiq yerinin məlum edilməsi ABŞ, Türkiyə və İraq kəşfiyyatçılarının birgə əməliyyatı zamanı üzə çıxıb. Onlar bir neçə terrorçunu saxlayaraq, Suriyada əl-Bağdadinin yerini müəyyən ediblər. Daha sonra məlum olub ki, İŞİD rəhbəri İdlibin rayonlarından birində ailəsi ilə birlikdə gizlənir. İdlibdəki bazarlardan birində İraq xüsusi xidmət orqanları İsmael əl-Etavini izləyiblər. Əl-Etavi dronlar və peyk vasitəsilə izlənib və Türkiyə kəşfiyyatçıları tərəfindən tutularaq İraq tərəfinə verilib. Bundan sonra o, İŞİD rəhbərinin yerini açıqlayıb. Əl-Bağdadinin öldürülməsini dünən ABŞ Prezidenti Donald Tramp təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi isə ABŞ tərəfinin İŞİD rəhbərinin öldürülməsi ilə bağlı sübutunun olmadığını açıqlayıb. ABŞ tərəfi aparılan əməliyyat zamanı əl-Bağdadinin özünü iki arvadı və üç uşağı ilə birlikdə partlatdığını bildirib. Yayılan informasiyalardan birində əl-Bağdadinin qalıqlarının dənizə atıldığı qeyd edilib. Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl də Usama Bin Ladenin qalıqlarını dənizə atmışdı. Həmçinin oxu: