Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19480
az

Toy qanununu pozana hökumət “toy tutacaq”

21:2126 Oktyabr, 2019
598
DÜNYA
  • A
 Özbəkistanda toy və ailə mərasimlərinin keçirilməsi qaydalarını pozanlara qarşı 1200 dollar cərimə tətbiq edilə bilər.

Oxu24.com Virtualaz.org-a istinadən xəbər verir ki, hökumət portalında inzibati hüquqpozmalar Məcəlləsində bu barədə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. Məcəlləyə "Toyların, ailə məclislərinin, yas mərasimlərinin və tədbirlərinin keçirilməsi qaydalarının pozulması" barədə ayrıca maddə əlavə edilməsi təklif olunur. Maddəyə əsasən həmin qaydaları pozan şəxslər 240 dollar cərimə ödəməlidir. Qaydalar hüquqi şəxslər tərəfindən pozulanda isə cərimənin məbləği 1200 dollar olacaq.

Bundan əvvəl Özbəkistan Senatı dəbdəbəli toylara qadağa qoyan qanunu qəbul edib. Qanuna əsasən toylara çağırılacaq qonaqların sayı 150-ni keçə bilməz, habelə toy kortejindəki avtomobillərin və toya çağırılacaq müğənnilərin də sayı məhdudlaşdırılır. Bu qanun Özbəkistanda toylarda və yas mərasimlərində israfçılığın qarşısını almaq üçün qəbul edilib. Belə ki, ailələr övladlarına dəbdəbəli toy edə bilmək üçün əksər hallarda ağır borcların altına girir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU
Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"
Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var