Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşət: əvvəl şikarını zəhərlədi, iflic etdikdən sonra diri-diri parçaladı

2019-10/1572076769_komado1.jpg

DÜNYA

3429

26.10.2019, 12:02

 Həmçinin oxu:  Əli Həsənovun ailəsində ölümə səbəb olan daha bir qəza: Yenə yüksək sürət
Komodo əjdahası adlandırılan  varan dünyanın ən iri kərtənkələsidir. Onlar  İndoneziyanın  Komodo  adasında və yaxınlıqdakı Djili Motanq və Rinka Flores adalarında  yaşayır. Bu kərtənkələnin uzunluğu 2,5-3 metr, çəkisi  70 kiloqrama yaxın olur. Komodo varanını ilk dəfə XIX əsrin əvvəllərində adaya məcburi eniş edən holland təyyarəçisi  aşkarlayıb.   Komodo  varanları tənha həyat tərzi sürür və yalnız qidalanma və cütləşmə zamanı qruplar halında toplanırlar. Qısa məsafəyə qaçış zamanı varan saatda 20 kilometrə qədər sürət yığa bilir. Hündürlükdə (məsələn, ağaclarda) yerləşən qidanı əldə etmək üçün quyruğundan dayaq kimi istifadə edib arxa ayaqları üzərinə qalxır. Balaları ağaclara məharətlə dırmanır və vaxtlarının çoxunu orada keçirirlər.
  Uzun, qarmaqvarı və iti caynaqları olan güclü pəncələri vasitəsi ilə qazdıqları 1-5 metr uzunluqda olan yeraltı yuvalarda daldalanırlar. Kiçik varanlar ağac koğuşlarında da məharətlə gizlənə bilirlər. Təbii şəraitdə yetkin varanların düşməni yoxdur. Balaları isə bəzən ilanların və quşların şikarına çevrilir. {banner_reklam1} Təbiətdə Komodo əjdahası təxminən 50 il yaşasa da, heyvanxanada onun ömrü 25 ildən uzun olmur. Komodo varanları həşərat, xərçəng, balıq, dəniz tısbağası, kərtənkələ, ilan, quş, siçan və kəsəyənlə qidalanırlar. Onlar hətta maral, qaban, vəhşi it, keçi, camış və atları da yeyə bilirlər. Marala və ya qabana pusqu quraraq onları yaralayan varan daha sonra şikarını qan zəhərlənməsindən ölənə qədər izləyir. Varanlar quyruqlarında yığılan piy ehtiyatından istifadə edərək bir neçə həftə qidalanmadan yaşamağı bacarırlar. Gündüz ov edən bu nəhənglər gecə sığınacaqlarında yatırlar.   Komodo əjdahası həm də məharətlə üzməyi bacarır. O, ensiz boğazları və çayları çətinlik çəkmədən keçə bilsə də, su üzündə 15 dəqiqədən artıq qala bilmir. Bu zaman ərzində sahilə çıxa bilməyən varan boğularaq ölür. Bu səbəbdən varanlar biri-birinə yaxın adalarda yayılıblar.   Varanların insanlara hücum etməsi faktları qeydə alınsa da, bu, xarakterik deyil. Buna baxmayaraq Komodo adasındakı sürünənlərə tamaşa edən turistlər ehtiyatlı olmalıdırlar. Oxu24.com zəhərli  heyvanın ovunu məhv etməsi və  diri-diri  parçalaması  ilə  bağlı 18+ videonu  təqdim  edir: Heyvanlar aləmi ilə bağlı  digər  video  toplunu  bu LİNKDƏN İZLƏYƏ  BİLƏRSİNİZ!