Qaynar xətt:

(+99450) 247 90 86

1 milyona yaxın adam etiraz aksiyalarına qoşuldu

1 milyona yaxın adam etiraz aksiyalarına qoşuldu

DÜNYA

964

26.10.2019, 11:40

  Çilidə ötən həftə metroda gedişhaqqının artırılmasından sonra başlayan etiraz dalğası 7-cü günündə heç kimin təxmin etmədiyi kütlələri meydanlara çıxarıb.
Oxu24.com  xarici KİV-ə istinadla xəbər verir ki, paytaxt Santyaqoda İtaliya meydanını dolduran 800 minə yaxın insan Sebastian Pineranın idarə etdiyi hökumətə, ölkədəki bahalılığa və səhiyyə xidmətlərinə qarşı şüarlar səsləndiriblər. Etirazçıların sayının yaxın zamanda 1 milyonu keçəcəyi ehtimal edilir.
İndiyə kimi aksiyalar zamanı 19 nəfər həyatını itirib, 500-dən çox insan yaralanıb. 2 min 600-dən çox etirazçı isə polis tərəfindən saxlanılıb. Auqusto Pinoçetin 1990-cı ildə hakimiyyətdən salınmasından sonar ölkədə ilk dəfə fövqəladə vəziyyət elan edilib və təhlükəsizliyə ordu nəzarət edir(təbii fəlakətlər buraya daxil deyil).