Qaynar xətt:

(+99450) 247 90 86

Ölkə ŞOKDA: 40 ölü, 2000 yaralı var, partiya binaları... -

2019-10/1572072753_11570652-3x2-700x467.jpg

DÜNYA

974

26.10.2019, 10:52

  İraqın paytaxtı Bağdad şəhərində və ölkənin digər əyalətlərində baş verən iğtişaşlarda ölənlərin sayı 40 nəfərə çatıb.
Oxu24.com  "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, baş verən qarşıdurmalarda iki min nəfər yaralanıb.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, ölkənin cənubunda yerləşən Nasiriye vilayətində etirazçılar şiə milis gücü “Asayib Ehlilhak Hərəkatı”nın binasına girməyə çalışarkən atəşlə qarşılanıblar. Bundan başqa, etirazçıların “Bədr” Təşkilatı, İraq “Hizbullah” Təşkilatı və digər şiə partiyalarının binalarına girərək yanğınlar törətdyi bildirilir. Qeyd edək ki, etirazlar yaşayış şəraitinin pisləşməsinə, işsizliyin artmasına və hökumətdəki korrupsiyaya etiraz olaraq keçirilir.