Rusiyaya işləməyə gedənlər üçün yeni qanun
19 Yanvar 2026, 00:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1802
18.10.2019, 15:30
{banner_reklam}
Həmçinin oxuyun
Həmin görüşdə sıravi bir milis əməkdaşının hərəkəti də Xruşşovun diqqətindən yayınmayıb. Toplaşanlar arasından bir qadın Xruşova məktub vermək istəyəndə milis əməkdaşı kobud şəkildə onun qarşısını almaq istəyib. Bunu görən Xruşşov çox kəskin və sərt şəkildə milis əməkdaşına iradını bildirib və məktubu qadından alıb.
Xruşşovun Azərbaycana səfəri ilə Bakı metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb. Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb. Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, 1941-45-ci illər müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb. Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb. Məhz Xruşşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.
{banner_reklam1}
Xruşşovun Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb. Sovet rəhbəri Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burada işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlara təchizat məsələləri kimi problemlər həll olunub.
Xruşşovun Bakı səfəri zamanı onu respublika rəhbərliyi ilə yanaşı, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri də müşayiət edib. Müşaiyət edənlər arasında ən maraqlı fiqur isə Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnı olub. O, 1959-1961-ci illərdə bu vəzifədə çalışıb. Bu həmin siyasətçidir ki, Nikita Xruşşov onu 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirmişdi. Və bu həmin DTK sədridir ki, 1964-cü ildə Xruşşovun hakimiyyətdən devrilməsində əsas icraçılardan biri olub. Çox yəqin ki, Xruşşov bunları əvvəlcədən bilsəydi, Vladimir Semiçastnı ilə bağlı lazımi qərarları elə Bakıda verərdi.
Oxu24.com maraqlı tarixi faktın videosunu təqdim edir:
09:33 / 19 Yanvar 2026
4
09:22 / 19 Yanvar 2026
20
09:21 / 19 Yanvar 2026
25
09:20 / 19 Yanvar 2026
21
09:10 / 19 Yanvar 2026
97
08:50 / 19 Yanvar 2026
93
08:46 / 19 Yanvar 2026
42
08:45 / 19 Yanvar 2026
29
08:45 / 19 Yanvar 2026
29
08:39 / 19 Yanvar 2026
32
08:32 / 19 Yanvar 2026
38
00:29 / 19 Yanvar 2026
164
00:18 / 19 Yanvar 2026
309
23:40 / 18 Yanvar 2026
940
23:38 / 18 Yanvar 2026
226
23:36 / 18 Yanvar 2026
98
22:44 / 18 Yanvar 2026
2129
22:07 / 18 Yanvar 2026
2486
21:58 / 18 Yanvar 2026
407
21:41 / 18 Yanvar 2026
132
21:22 / 18 Yanvar 2026
1446
21:15 / 18 Yanvar 2026
23843
21:14 / 18 Yanvar 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.