Qaynar xətt:

(+99450) 247 90 86

İllərdir zirzəmidə yaşayaraq QİYAMƏTİ gözlədilər - Dünyanı ŞOKA SALAN HADİSƏ

İllərdir zirzəmidə yaşayaraq QİYAMƏTİ gözlədilər - Dünyanı ŞOKA SALAN HADİSƏ

DÜNYA

1196

16.10.2019, 20:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Hollandiyanın Drente bölgəsində olduqca qəribə hadisə baş verib.
Oxu24.com xəbər verir ki, polis illərdir ətrafı meşə ilə əhatə olunmuş evin zirzəmisində yaşayan ata və 4 uşağı xilas edib. Məlumata görə, uzun saqallı 20 yaşlı gənc kəndin mərkəzinə gələrək, sakinlərdən kömək istəyib. O, 9 ildir ilk dəfə insanlar arasında çıxdığını bildirib. Dərhal əraziyə gələn polislər, zirzəmidəki insanları xilas edib. Uşaqların 18-25 yaş arasında olduğu bildirilir. Onların niyə belə həyat tərzi sürdüyü məlum deyil. Uşaqlar ümumiyyətlə dünyada başqa insanların varlığından xəbərsiz olublar. Polis bağ evini 9 il əvvəl icarəyə götürən 58 yaşlı şəxsi nəzarətə götürüb.
Yerli media hadisəni, “illərdir zirzəmidə yaşayaraq qiyaməti gözləyənlər” başlığı ilə təqdim edib. Hadisənin səbəbləri araşdırılır.