Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.
Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib.
Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar.
Hərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib. 2017-ci ilin avqustunda öldürülüb.
Oxu24.com
ŞƏRHLƏR