Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18962
az

Dəfnindən 7 saat sonra evinə qayıtdı

21:5413 Oktyabr, 2019
499
DÜNYA
  • A
İndoneziyanın Şərqi Yava əyalətinin Gesikan kəndində olduqca inanılmaz hadisə yaşanıb.

Oxu24.com axar.az-a istinadən bildirir ki, hər şey motosikl qəzası ilə başlayır.

Belə ki, qəza keçirən motosikl sürücüsü tanınmaz hala düşür və onun üzərində şəxsiyyəti təsdiq edən hər hansı sənəd olmur.

Polis nömrədən nəqliyyat vasitəsinin 40 yaşlı Sunarto adlı şəxsə məxsus olduğunu müəyyən edir və beləliklə ölənin məhz o olduğuna qərar verilir.

Cəsəd Sunartonun ailəsinə təhvil verilir və dəfn edilir.

Lakin "torpağa tapşırılan" Sunarto 7 saatdan sonra evə qayıdır. O, bir müddət əvvəl Varim adlı dostundan borc aldığını, qarşılığında isə öz motosiklini girov qoyduğunu yaxınlarına izah edib.

Bununla da qəzada ölənin də Varim olduğu qənaətinə gəlinib.

Varimin ailəsi cəsədi məzardan çıxarmağa lüzum görməyib, sadəcə məzar daşındakı ad və soyad dəyişdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Qərbi Azərbaycanda hasar çəkəcək
DƏHŞƏT! Hamsterin dişlədiyi qadın uşaqlarının gözü önündə öldü
MN-nin nümayəndə heyəti Türkiyəyə səfər etdi

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər