ABŞ-ın Nyu Cersi ştatının sakini Andreya Yanq hər həftə ürək transplantasiyasından sonra komaya düşən qardaşı 61 yaşlı Darrili ziyarət edirmiş. Həkimlər isə qadına ümid verərək onun sağalma şansının olduğunu deyirmişlər.
Həkimlərin sözlərinə görə, Darrilin beyni zədə alıb, sağalması üçün isə vaxt lazımdır. Həkimlər qadına yalan danışaraq mümkünsüzü vəd ediblər.
Ancaq həkimlərdən birinin vicdanlı çıxması və səs yazılarını yayması nəticəsində həqiqətlər üzə çıxıb. Belə ki, həkimlər bu vaxta qədər xəstəxananın transplantasiya sahəsindəki nəticələri ilə bağlı yüksək statistika vermək üçün xəstənin ailəsini aldadıblar.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR