Qaynar xətt:

(+99450) 247 90 86

İraqdan o xəbər gəldi: 42 ölü,yüzlərlə yaralı var

İraqdan o xəbər gəldi: 42 ölü,yüzlərlə yaralı var

DÜNYA

521

04.10.2019, 16:50

  İraqda hökumət əleyhinə keçirilən aksiyalarda ölənlərin sayı yüksəlib.
Oxu24.com -un  “Associated Press” nəşrinə istinadən məlumatına görə, artıq 42 nəfər həlak olub. Bundan başqa, yüzlərlə insan xəsarət alıb.
Qeyd edək ki, iraqlılar bir neçə gündür davam edən aksiyalarda işsizlik, hökumət korrupsiyası və aşağı keyfiyyətli dövlət xidmətlərinə qarşı mitinq keçirirlər. Etiraz edənlərin çoxu gənclərdir. Etirazların əksəriyyəti Bağdadda və İraqın cənubunda baş verir. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və canlı sursatdan istifadə edir. Etirazlar səbəbindən hakimiyyət ölkənin böyük bir hissəsində İnternetə girişi əngəlləyib.