Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Ukraynada təyyarə QƏZAYA UĞRADI - Çox sayda ölü var / VİDEO

2019-10/1570176809_photo_75676.jpg

DÜNYA

869

04.10.2019, 12:16

\"\" 
Ukraynanın Lvov şəhərində “Antonov-12” tipli təyyarə qəza enişi zamanı idarəetmədən çıxaraq yerə çırpılıb. Oxu24.com İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, qəza zamanı 5 nəfər həyatını itirib. Yaralılar var. Məlumata görə, hadisə Lvov hava limanından 1,5 kilometr məsafədə qeydə alınıb. Pilotlar texniki nasazlıq səbəbiylə təyyarəni  təcili boş əraziyə endirməyə qərar veriblər.
Dərhal  əraziyə çox sayda xilasedici cəlb edilib. Məlumata görə, Viqo-Lvov marşrutu üzrə uçan yük layneri yerli şirkətlətdən birinə məxsusdur. Hadisənin səbəbləri araşdırılır.