Qaynar xətt:

(+99450) 247 90 86

Telefonu "tok"a taxıb yatan gənc faciəli şəkildə öldü

2019-10/1570087369_oyun-oynadigi-sirada-sarjda-olan-telefonuyla-12487692_7011_m.jpg

DÜNYA

1096

03.10.2019, 11:23

  SON DƏQİQƏ! Azərbaycana ən çox turist gələn ölkədə iğtişaşlar başladı: Ölənlər var+VİDEO
Taylandın Çonburi şəhərində mobil telefonu enerji blokuna qoşulmuş oğlan oyun oynayarkən yuxuya gedib və ölüb.
Oxu24.com  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 25 yaşlı Sastra Moin sentyabrın 28-də yatmazdan əvvəl mobil telefonda onlayn oyun oynayıb. Telefon enerji blokuna qoşulu olub. Səhər oğlanın 57 yaşlı xalası evi təmizləyərkən gəncin hərəkətsiz bədənini tapıb. O iddia edir ki, Moin bənövşəyi rəng alıb və sol əlinin yanında isə kabel olub. Qadın dərhal evdəki bütün elektrik şəbəkəsini söndürüb və polis çağırıb. O, polisə gəncin çox vaxt telefon və bu kimi qurğularla oyun oynayaraq yuxuya getdiyini bildirib. Polis meyiti araşdırıb və üzərində zorakılıq əlamətlərinin olmadığı qənaətinə gəlib. Ölüm səbəbi kimi elektrik vurması göstərilib. {banner_reklam}