Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18482
az

Rusiyada azərbaycanlını öldürən erməni ilə bağlı qərar verildi

10:2801 Oktyabr, 2019
698
DÜNYA
  • A
 
Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə 18 il azadlıqdan məhrum olunmuş Ermənistan vətəndaşı Arman Arakelyan ölkəsinə ekstradisiya olunacaq.

"Report" xəbər verir ki, bu barədə "News.am"a Arman Arakelyanın oğlu Qurgen Arakelyan bildirib.

Onun sözlərinə görə, Arman Arakelyanın ekstradisiyası 1-2 ay vaxt aparacaq.

"Ekstradisiyanın həyata keçirilməsi üçün müəyyən proses var, hansı ki, hələ başa çatmayıb", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya daha əvvəl Arman Arakelyanı Ermənistana ekstradisiya etməyə hazır olduğunu bildirib. Lakin Ermənistanın keçmiş ədliyyə naziri Artak Zeynalyan bunu məqsədəuyğun hesab etməyib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib. O, artıq 4 ildir Murmansk həbsxanasında cəza çəkir.

Qeyd edək ki, Arman Arakelyanın oğlu və qohumları qatilin ekstradisiya edilməsi tələbi ilə Ermənistanda, hökumət binası qarşısında aksiya keçiriblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Onlara qarşı qətiyyətlə mübarizə aparacağıq” - Pezeşkian
Paşinyanın Bakıya təklif etdiyi “strateji saziş”də nələr var?
Zelenskiyə ÇAĞIRIŞ EDİLDİ: "Vaxtı daralır"

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq