Metronun qarşısında dəhşət: Polis həmkarını güllələyib öldürdü
16:1619 Sentyabr, 2019
1534
DÜNYA
A
Moskvada polis həmkarlarına atəş açıb.
Oxu24.com Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin 2 min rubl məbləğində rüşvət alması olub. Belə ki, qətli törədən polis hadisəni həmkarları rüşvət alan anda törədib. Onlardan digəri isə yaralı halda xəstəxanaya çatdırılıb.
İnsidentin Moskva metrosunun "Ryazansk prospekti" stansiyası yaxınlığında baş verdiyi deyilir. İddialara görə, rüşvət sənədi olmayan qanunsuz miqrantın sərbəst buraxılması qarşılığında alınıb. Hadisənin görüntüləri yayımlanıb və insident iştirakçılarının kimliyi məlum olub.
Məlumata görə, iki həmkarına atəş açan polis Aleksey Smirnov artıq saxlanılıb. Ona qarşı cinayət işi açılıb.
Güllələnən podpolkovnik Maksim Veyalko hadisə yerində həyatını itirib. Onun həmkarı Aleksey Limonov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı uğrunda mübarizə aparır.
ŞƏRHLƏR