Əfqanıstanın Nəngərhar vilayətində həyata keçirilən hava hücumu nəticəsində 40-a qədər dinc insan həlak olub. 40 yaralı var.
Oxu24.com xəbər verir ki, bu barədə hökumət mənbələri məlumat yayıb. Məlumata görə, hava hücumunu Əfqanıstanın hava qüvvələri həyata keçirib. Əməliyyatlara ABŞ ordusu da dəstək verib. Hava qüvvələrinin hədəfində İŞİD terrorçuları olub. Lakin hərbçilər səhvən tarlada işləyən işçiləri hədəfə alıb.
Oxu24.com
ŞƏRHLƏR