Pilotsuz uçuş aparatlarından edilən hücum nəticəsində Səudiyyə Ərəbistanda iki neft emalı zavodunda yanğın baş verib.
Oxu24.com -un məlumatına görə, bu barədə RİA "Novosti" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qeyd olunub ki, yanğınlar Abkayk bölgəsində və paytaxt Riyadın şərqində, Hurais bölgəsində yerləşən neft emalı zavodlarında qeydə alınıb. Hər iki zavod "Saudi Aramco" şirkətinə məxsusdur. Abkayk bölgəsində yerləşən neft emalı zavodu dünyanın ən böyük zavodlarından biridir.
Təhlükəsizlik xidmətləri yanğınların söndürülməsi üçün müvafiq işlər görürlər. Hal hazırda yanğınlar lokallaşdırılıb.
Oxu24.com
ŞƏRHLƏR