Qaynar xətt:

(+99450) 247 90 86

İranda öldürücü xəstəlik yayılıb: Xeyli sayda ölən var

2019-09/1567842210_o-iran-medicine-facebook.jpg

DÜNYA

1195

07.09.2019, 11:43

\"\"  İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri bildirib. O deyib ki, bu il ölkədə 98 nəfər Krım-Konqo qızdırmasına yoluxub, onlardan 10 nəfər həyatını itirib. “Ölkənin şərq sərhədlərində mal-qara qaçaqmalçılığı daha çox olduğu üçün, Sistan və Bəlucistan əyalətində bu qızdırmaya yoluxma halı daha çoxdur. Belə ki, ötən illə müqayisədə bu hal artıb”, - K. Əmiri vurğulayıb. O qeyd edib ki, Ərdəbil, Kirmanşah və Rəzəvi Xorasan əyalətlərində də bu xəstəliyə tutulanlar var.