Dünya İngiltərədə yaşayan Shaun və Laura cütlüyündən danışır.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük yenicə ailə həyatı qurub. Cinsi əlaqədən sonra kişi həyat yoldaşına bir sürprizi olduğunu və gözlərini yumub 10-a qədər saymağı
deyib. Qadın gözlərini açarkən dəhşətli anlar yaşayıb. Belə ki, kişi bıçaq ilə qadının boğazını kəsməyə çalışıb. Qanlar içində qalan qadının yardımına qonşular yetişib. Məlum olub ki, Shaun bir müddət əvvəl işdən çıxarılıb və kredit borcları varmış. Əsəb sistemi pozulan kişi saxlanılıb. Məhkəmə qərarı ilə şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.
Oxu24.com
ŞƏRHLƏR