Qaynar xətt:

(+99450) 247 90 86

İsrail kəşfiyyatı Türkiyənin məxfi bazasını çəkib internetdə YAYDI

2019-09/1567666332_1481782296_herbi-baza-450x250.png

DÜNYA

722

05.09.2019, 10:52

\"\"  İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” Türkiyənin Rusiyadan bu yaxınlarda aldığı S-400 “Triumf” zenit-raket komplekslərinin yerləşdirildiyi mövqeləri görüntüləyib.
Oxu24.com  xəbər verir ki, şirkət komplekslərin görüntülərini özünün Twitter səhifəsindən yayıb. Görüntülərə əlavə olaraq şirkət bildirir ki, komplekslər Ankara ətrafındakı Mürted aviabazasında yerləşdirilib, sistem əməliyyat rejimindədir, radarları və raket-buraxılış qurğuları döyüş mövqeyindədir. Lakin raket-buraxlış qurğuları boşdur və raketlərlə doldurulmayıb. Ehtimal edilir ki, kompleksin raketləri hələ Türkiyəyə çatdırılmayıb və daha sonrakı mərhələdə gətiriləcək. \"\" Həmçinin oxu: İlqar Məmmədovla Sevinc Osmanqızı feyzbukda üz-üzə gəldi: \"Al, bu da sənin müxalifətin...\"