Moskvanın 6 nömrəli İstintaq Təcridxanasında nəzarət altında olan transseksual evlənib.
Rusiya mətbuatının xəbərinə əsasən, bu, cəzaçəkmə müəssisələrində qeydə alınmış ən qeyri-adi toylardan biridir və qadın təcridxanasında baş tutub.
Hazırda adı nazar olan transseksual əvvəllər qadın olub və onu Anastasiya deyə çağırıblar. Nazar fırıldaqçılığa görə həbs edilib.
Nazarın həyat yoldaşının adı isə Yelenadır. Mərasimdə gəlin ağ libasda olub və əlində gül dəstəsi tutub. Eyni zamanda, qadının əlində sevgi rəmzi olaraq üç ədəd şar olub.
Yelena bildirib ki, bu vaxta qədər üç dəfə ərdə olsa da, bəxti gətirməyib. Ərlərindən biri spirtli içki aludəçisi olub, digəri isə ona xəyanət edib. Təzə gəlin üçüncü əri barədə danışmaq istəməyib. Buna görə də o, kişilərdən xoşu gəlmədiyini etiraf edib.
Cütlük Nazarın 21, Yelenanın 33 yaşı olanda tanış olub. İlk addımı isə Nazar atıb.
İctimai Nəzarət komissiyasının rəis müavini Yeva Merkaçeva bildirib ki, bəy pasporta əsasən kişidir, bu səbəbdən də nikahı qanuni saymaq olar.
Oxu24.com
ŞƏRHLƏR