Qaynar xətt:

(+99450) 247 90 86

Hər gün 1 ağac əkən “ağac adamı”

2019-09/1567346664_781401.jpg

DÜNYA

1020

01.09.2019, 18:03

\"\" Əbdül Səməd Şeyx insanlar arasında \"ağac adamı\" kimi tanınıb. Bu onun 12 yaşından ömrünün sonuna qədər hər gün 1 ağac əkməsinə görədir. Əbdülün işi iki təkərli arabayla insanların daşınmasından ibarət idi.
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, artıq 48 ildir ki, Banqladeş sakini hər gün bir ağac əkir. Bütün həyatı boyu təbiətsevər, 17000 ağac əkmişdir. Belə bir sayda ağac bir meşənin yaranması üçün kifayət edir. Qeyd edək ki, Əbdül ağacları dövlətə məxsus torpaq sahələrində əkirdi. Bununla da, onları qırılmaqdan siğorta etmişdir. Arabasıyla insanları daşıyaraq həyatını təmin etmək üçün pul qazanan Əbdül, ailəsinin ehtiyacını ödəyərək hər gün bir ağac ala bilirdi. Banqladeşli müsəlman, həyatda yüksək rifaha can atmayıb və çox da böyük olmayan bir evdə yaşayırdı. Əbdül Səməd Şeyx Banqladeşdə \"The Daily Star\" nəşri tərəfindən mükafatlandırılmışdır. Aldığı mükafat sayəsində ailəsi üçün daha da şəraitli ev tikmişdir. Qeyd edək ki, təbiətsevər Əbdul Səməd Şeyx 60 yaşına qədər yaşayaraq, insanlara çoxlu xeyir vermişdir.